Menyu

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Nərmin Qocamanlı
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 18-19-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər