Ödəmə sistemindəki nasazlıq aradan qaldırılıb - FOTO - YENİLƏNİB 1

Əsəd Abbaslı
Ödəmə sistemindəki nasazlıq aradan qaldırılıb - FOTO - YENİLƏNİB 1

"Birbank" mobil tətbiqində yaranan problem aradan qaldırılıb.

Bu barədə Operativ Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

19:40

"Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".

Bu barədə Operativ Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

18:00

"BakıKart bilet" onlayn sistemində problemlər yaranıb.

Operativ Media xəbər verir ki, bu barərə sosial mediada məlumatlar yayılıb.

Bildilib ki, texniki problem “BakıKart” bilet sistemində müşahidə olunub.

Qeyd edək ki, istifadəçilər kart balansını artırmaqda, həmçinin mobil tətbiq və onlayn ödəniş sisteminə daxil olmaqda çətinliklər yaşayıblar.

Digər xəbərlər