Ağdam–Əsgəran yolu niyə bağlanıb? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Ağdam–Əsgəran yolu niyə bağlanıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə Xankəndi-Ağdam-Bərdə yolunun yenidən bağlı olması barədə görüntülər yayılıb. Bildirilib ki, yolun bağlanması barədə heç bir səbəb yoxdur. Belə ki bu yolda nişanlanma xətləri çəkilməyib.

Mövzu ilə bağlı Operativ Media-nın sorğusunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb. 

O bildirib ki, sözügedən yol Ağdam–Əsgəran yoludur: “Hazırda yolun tikintisi davam edir və bu müddətdə yolboyu müxtəlif təyinatlı tikinti texnikaları işləyir. Təhlükəsizlik baxımından qeyd olunan yolda digər avtonəqliyyat vasitələrinin hərəkəti mümkün deyil.

Bundan əlavə, yol hələ hazır olmadığından, yol hərəkətinin normal təşkili üçün zəruri olan nişanlanma xətləri və müvafiq yol nişanları da quraşdırılmayıb. Bu səbəbdən yolboyu hərəkətin təşkili və təhlükəsizliyi üçün şərait mövcud deyil.

Ağdam–Əsgəran yolunda tikinti işləri başa çatdıqdan, yol hərəkətinin tam təşkili və təhlükəsizlik təmin edildikdən sonra yol avtonəqliyyat vasitələrinin istifadəsinə açılacaq.

Xahiş edirik, bunu nəzərə alasınız”.

Digər xəbərlər