Menyu

“Autizmli Şəxslərlə iş” layihəsinə start verilib

Operativ Media
“Autizmli Şəxslərlə iş” layihəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası tərəfindən “Autizmli Şəxslərlə iş” adlı yeni layihənin icrasına başlanılıb. Layihənin məqsədi autizmli şəxslərin sosiallaşmasına, təlim-tərbiyə prosesinə daha effektiv inteqrasiyasına və bu istiqamətdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

Operativ Media xəbər verir ki, layihə çərçivəsində valideynlər, müəllimlər və psixoloqlar üçün maarifləndirici təlimlər, həmçinin autizm sahəsində beynəlxalq təcrübənin paylaşılması məqsədilə tədbilər keçiriləcək.

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov bildirib ki, layihə autizmli uşaqlara dəstək sisteminin inkişafına, bu sahədə ictimai diqqətin artırılmasına və inklüziv cəmiyyətin formalaşmasına töhfə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər