2025-ci ilin ilk 6 ayında Azərbaycanda sahibkarlıq subyektlərinin sayı artaraq 201,814-ə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% artım deməkdir.
Operativ Media xəbər verir ki, bunu Paşa Bankın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev Paşa Bankın 2025-ci ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Rəqəmlərə əsasən, mikro sahibkarların sayı 4%, kiçik sahibkarların sayı 1%, orta sahibkarların sayı 3%, iri sahibkarların sayı isə 11% artıb.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dekabrında ölkədə 170,020 sahibkarlıq subyekti fəaliyyət göstərirdisə, 2025-ci ilin iyununa olan göstərici 201,814 olub.
Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri də müsbət dinamikanı əks etdirir. 2024-cü ilin sonunda ÜDM 128,357 milyon manat təşkil edib. 2025-ci ilin sonuna bu rəqəmin 129,900 milyon manata çatacağı proqnozlaşdırılır.
O qeyd edib ki, inflyasiya və uçot dərəcəsi üzrə göstəricilərə görə, 2024-cü ilin sonunda inflyasiya 4.9%, uçot dərəcəsi isə 7.25% olub. 2025-ci ildə inflyasiyanın 6%-ə yüksələcəyi gözlənilir.