2026-cı ildə Azərbaycanda ÜDM-in həcmi 134 milyard manatı ötəcək

Şəfa Hüseynli
2026-cı ildə Azərbaycanda ÜDM-in həcmi 134 milyard manatı ötəcək

2026-cı ilin sonuna Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı proqnozlaşdırılır.

Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2026-cı il üçün 65 dollar olacağı və 2027-2029-cu illər üçün də eyni qalacağı gözlənilir. 2026-cı ildə əsas kapitala investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır.

Digər xəbərlər