Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb - YENİLƏNİB

Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

18:33

Tovuz rayonunda həyat yoldaşı Mətanət Hacızadəni öldürüməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadənin meyiti tapılıb.

Operativ Media xəbər verir ki, onun meyiti hadisənin baş verdiyi Əyyublu kəndində ağacan asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirərək onu öldürüb.

Səbuhi Hacızadə cinayətin motivi barədə özünün "TikTok" səhifəsində video paylaşaraq açıqlama verib və özünü də öldürəcəyini bildirmişdi.

Qeyd edək ki, cütlüyün üç övladı var. S.Hacızadənin ötən gün xaricdən Azərbaycana qayıtdığı bildirilir.

Digər xəbərlər