Bir sıra ölkələrdən heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın Vaş kantonunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavinska kantonunda, Mərakeş Krallığının Şərq regionunda blutanq xəstəliyi, Fransa Respublikasının Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit xəstəliyi, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, İraq Respublikasının Neynəvə əyalətində, Litva Respublikasının Klayped bölgəsində, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
AQTA-dan Operativ Media-ya verilən məlumata görə, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.