Ana səhifə / İqtisadiyyat / Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır 23.10.2025, 15:13 Operativ Media Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Operativ Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.