Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədən 115,2 milyon dollar dəyərində 104,1 min tondan çox ilkin formalarda etilen polimerləri ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 5,3 faiz və ya 5,7 milyon dollar, həcm baxımından isə 6,6 faiz və ya 6,4 min ton çoxdur.
Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən dəyəri 2,36 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə etilen polimerləri ixracının xüsusi çəkisi 4,87 faizə bərabər olub.






