Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsində artım qeydə alınıb
Operativ Media
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfə artaraq 47,2 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac: 10,6 milyon dollar (+4,4 dəfə)
Səudiyyə Ərəbistanından Azərbaycana idxal: 36,6 milyon dollar (+2,1 dəfə)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,13 faiz təşkil edib.