Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan təqribən 28,2 milyon dollar dəyərində 20,4 min tondan çox kartof ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 37,7 faiz, həcmi isə 47 faiz artıb.
Cari ilin ilk 9 ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,06 faizə bərabər olub.