Maye qazın istehsal həcmi açıqlanıb
Operativ Media
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 169,2 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,8 faiz və ya 17,8 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 5,9 faiz və ya 1 min ton artım qeydə alınıb. Sentyabr ayında 18,3 min ton maye qaz istehsal edilib.
Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 2,3 min ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net