7 illik vergi güzəşti davam etməyəcək - Nazir açıqladı
Əldə edilmiş naliyyələri qorumaq və artırmaq məqsədilə vergi inzibatçılığının gücləndirilməsi nəzərə alınaraq, legallaşma prosesinin davamlılığı üçün əlverişli şərait yaradılıb.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bununla yanaşı, daha aşağı gəlirli sahələr üçün vergi yükünün azaldılması və qeyri-neft-qaz özəl sektorun əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər irəli sürülüb.
“Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib. Bu, asan müzakirələr olmayıb, burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid mövqeyi əks etdirir”, - deyə nazir söyləyib