Menyu

50 milyon dollarlıq alma ixrac edilib

Redaksiya
50 milyon dollarlıq alma ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan təqribən 50,2 milyon dollar dəyərində 71,3 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 46,2 faiz, həcmi isə 34,6 faiz artıb.

Cari ilin ilk 9 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,27 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,89 faizə bərabər olub.

Əlaqəli Xəbərlər