Azərbaycanda əmək haqqından tutulan vergi nə qədər olacaq?
Operativ Media

Azərbaycanda əmək haqqından tutulan vergi 2028-ci ildə fikislənəcək.
Operativ Media xəbər verir ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn ildən 2500-manata qədər olan əməkhaqqından 3 faiz vergi tutulacaq. Onun sözlərinə, bu vergi dərəcəsi növbəti illərdə mərhələli şəkildə artacaq və 2028-ci ildə fikislənəcək.
Nazirin sözlərinə görə, 2500 manata qədər olan əməkhaqqılarına vergi dərəcəsi 7 faiz, 8 min manat qədər olan əməkhaqqılarında 10 faiz, 8 min manatdan yuxarı əməkhaqılarında isə 14 faiz dərəcəsində müəyyən olunacaq.