100,4 milyon dollarlıq meşə fındığı ixrac edilib
Xəbərlər redaksiyası
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 100,4 milyon ABŞ dolları dəyərində 13,4 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 38 faiz və ya 27,6 milyon dollar, həcm baxımından isə 12,9 faiz və ya 1,5 min ton çoxdur.
Cari ilin ilk 9 ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,54 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,79 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net