İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Operativ Media
İngiltərə Mərkəzi Bankı (Bank of England) ikinci dəfə ardıcıl olaraq əsas faiz dərəcəsini 4% səviyyəsində saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə tənzimləyicinin 5 noyabr 2025-ci ildə başa çatan iclasının yekunlarına dair açıqlamasında bildirilir.
Məlumata görə, Pul Siyasəti Komitəsinin üzvləri səsvermə zamanı 5-ə qarşı 4 nisbətində dərəcənin dəyişməz qalmasına qərar veriblər. Dörd üzv isə bank faiz dərəcəsinin 25 baza bəndi azaldılaraq 3,75%-ə endirilməsini dəstəkləyib.
Sonuncu dəfə faiz dərəcəsi avqust iclasında 25 baza bəndi azaldılmış, sentyabrda isə 4% səviyyəsində saxlanılmışdı. Bu göstərici 2023-cü ilin mart ayından bəri ən aşağı səviyyə hesab olunur.
İngiltərə Bankının növbəti iclası 18 dekabrda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net