Menyu

COP29 və COP30-la əlaqədar səfərə yollanan Azərbaycan nümayəndə heyətinin ezamiyə xərclərinin qaydası dəyişib

Operativ Media
COP29 və COP30-la əlaqədar səfərə yollanan Azərbaycan nümayəndə heyətinin ezamiyə xərclərinin qaydası dəyişib

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. Üçüncü cümləyə “tədbirləri” sözündən əvvəl “və COP30” sözləri, “Rio-de-Janeyro,” sözündən sonra “Belem,” sözü əlavə edilib. 2. “COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir" - dördüncü cümlə əlavə edilib.

Əlaqəli Xəbərlər