Menyu

“Çıraq” platformasından nə qədər neft və qaz hasil edilib?

Operativ Media
“Çıraq” platformasından nə qədər neft və qaz hasil edilib?

Cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barel təşkil edib.

Energetika Nazirliyindən Operativ Media-ya bildirilib ki, bu yataqlar blokundan istismara verildiyi tarixdən cari il noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.

Xatırladaq ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. “Çıraq”, “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasil edən platformadır.

Əlaqəli Xəbərlər