Ana səhifə / İqtisadiyyat / Bakı Limanında yükaşırmanın həcmi 6 %-ə yaxın artıb Bakı Limanında yükaşırmanın həcmi 6 %-ə yaxın artıb 13.11.2025, 12:54 Operativ Media "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın yük aşırılıb. Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur. Həmçinin bildirilib ki, analoji dövrdə limanda aşırılmış 86 min TEU yük həcmi ötən ilin eyni dövrünün göstəricisini 38 %-dən çox üstələyib.
23.01.2026, 06:12 Tramp: Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün güzəştlərə gedəcək