Menyu

Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin həcmi açıqlanıb

Operativ Media
Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin həcmi açıqlanıb

Bu ilin yanvar – oktyabr ayları ərzində Naxçıvanda istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.

Əlavə olaraq, hesabat dövründə Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.

Əlaqəli Xəbərlər