“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad çatdıracaq
Operativ Media
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi 24 251 ton polad yüklə Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.
QSC-dən Operativ Media-ya verilən məlumata görə, gəmi təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.
Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma