Menyu

İqrar Nəzərov: “STEAM Azərbaycan” layihəsində 22 ölkədən komandalar rəqabət aparır

Şəfa Hüseynli
İqrar Nəzərov: “STEAM Azərbaycan” layihəsində 22 ölkədən komandalar rəqabət aparır

STEAM Festivalı ölkədə rəqəmsal bacarıqların inkişafını sürətləndirir və beynəlxalq əməkdaşlıq üçün platforma yaradır.

Operativ Media  xəbər verir ki, bunu “SAF 2025” festivalında “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov bildirib.

Onun sözlərinə görə, Steam Azərbaycan layihəsi artıq 6 min şagirdi əhatə edir və 400-dən çox məktəbi birləşdirir. Ölkədə aktiv STEAM mərkəzlərinin sayı 21-dir. Bundan əlavə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da STEAM mərkəzlərinin qurulmasına nail olunub.

Bu gün keçirilən yarışlarda iştirak edən komandalar 22 ölkəni təmsil edir. Eyni zamanda, Qarabağ Universitetinin tələbələri də yarışda iştirak edirlər.

Əlaqəli Xəbərlər