Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 67,93 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı Azərbaycan neftinin əvvəlki qiyməti 67,94 ABŞ dolları təşkil edib.