Menyu

Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artıb

Operativ Media
Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 830,0 milyon manat investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, investisiyaların 4 196,4 milyon manatı neft-qaz sektorunun, 10 633,6 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1 884,5 milyon manatı (ümumi sərmayənin 12,7 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

Bu ilin ilk 10 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 265,5 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 39,3 faiz çoxdur.

Əsas investor ölkələr aşağıdakılardır:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Fransa
Hindistan

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər