Mikayıl Cabbarov: Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq

"Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib".
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, energetika sektoru üzrə görülmüş işlər yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır: “İcrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.