Menyu

Sahil Babayev: Azərbaycanın dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır

Xəbərlər redaksiyası
Sahil Babayev: Azərbaycanın dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır

Azərbaycanın xarici borcu ümumi borc portfelinin 32,8 %-nə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.

Operativ Media  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

"Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, dövlət zəmanətlərinin yuxarı həddi 3 milyard manat təklif edilir. Hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılıb, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artıb. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır", deyə S.Babayev qeyd edib.

Əlaqəli Xəbərlər