Menyu

Kimya sənayesi məhsullarının ixrac göstəricilərində müsbət dinamika mövcuddur

Şəfa Hüseynli
Kimya sənayesi məhsullarının ixrac göstəricilərində müsbət dinamika mövcuddur

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 285,3 milyon ABŞ dolları dəyərində 950,1 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 20,2 faiz və ya 48 milyon dollar, həcm baxımından isə 4,3 faiz və ya 39,6 min ton çoxdur.

2025-ci ilin ilk 10 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,32 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 9,55 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər