Menyu

Şimali Koreya hərbçiləri Cənubi Koreya sərhədini pozub

Operativ Media
Şimali Koreya hərbçiləri Cənubi Koreya sərhədini pozub

Koreya Xalq Ordusunun bir qrup hərbçisi çərşənbə günü qısa müddətə Şimali və Cənubi Koreya arasındakı sərhədi pozub.

Operativ Media  xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, şimali koreyalı hərbçilər sərhəd zonasında müəyyən işlər həyata keçirirmiş. Mənbələr onların sayı və silahlı olub-olmadığı barədə məlumat verməyib.

Cənubi Koreya tərəfi əvvəlcə xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq səsləndirib, daha sonra isə xəbərdarlıq atəşi açıb. Seul bildirib ki, hərəkətlər təlimatlara uyğun şəkildə həyata keçirilib. Hadisədən sonra KXDR hərbçiləri geri qayıdaraq öz ərazilərinə çəkiliblər.

Əlaqəli Xəbərlər