Menyu

İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Operativ Media
İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq “Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər” əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.

Bu barədə Operativ Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər