Menyu

FHN: Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb

Nərmin Qocamanlı
FHN: Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb
1 dəq oxu

Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Masazır və Digah qəsəbələrində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Əlaqəli Xəbərlər