15 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının martın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqramdan artıq heroin, 3,7 kiloqramdan çox marixuana, 1 kiloqrama yaxın tiryək, 360 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Teqlər:
"15 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"