Menyu

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib

Nərmin Qocamanlı
Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk və market aşkar edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyekt aşkar edilib. Həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib. 
Sumqayıt şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.   

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər