http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edən şəxsdən 16 kiloqram marixuana aşkar edilib

06 Mart 2023 , 15:48
İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edən şəxsdən 16 kiloqram marixuana aşkar edilib

Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev saxlanılıb. Onun üzərinə və əlində olan bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Ümumilikdə cari ilin fevral ayında Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib. 
Xətai Rayon Polis İdarəsi və 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Oruc Babayev saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Revolver” tipli tapança və 3 ədəd patron aşkar edilib. 
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı rayon ərazisində yerləşən dövlətin balansında olan transformator məntəqəsindən oğurluq edən Naib Musayev də saxlanılıb.  Həmin şəxs etdiyi oğurluq nəticəsində dövlət qurumuna 2 min manatdan artıq maddi ziyan vurub.
Qeyd edilən faktların hər biri ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 

 

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu