Menyu

Mərkəzi Asiya regionundan Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Operativ Media
Mərkəzi Asiya regionundan Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 183,2 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən əsasən, cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 21,1 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 28 faiz, cari ilin sentyabr ayına nisbətdə isə 3,9 faiz çoxdur.

2025-ci ilin oktyabr ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıralaması belədir:

Qazaxıstan – 9677

Özbəkistan – 6481

Türkmənistan – 2858

Qırğızıstan – 1179

Tacikistan – 907

Əlaqəli Xəbərlər