Cənubi Koreya və ABŞ birgə nüvə yanacağı müəssisəsi yaratmaq barədə razılığa gəliblər
Şəfa Hüseynli
Cənubi Koreya Prezidenti Lee Jae Myung ABŞ prezidenti Donald Trampla ölkədə işlənmiş nüvə yanacağının təkrar emalı və ya uranın zənginləşdirilməsi üzrə birgə müəssisə yaratmaq barədə razılığa gəldiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə " The Chosun Daily" məlumat yayıb.
Bildirilib ki, Lee Trampın Cənubi Koreyada sərf olunmuş nüvə yanacağının təkrar emalı və ya uranın zənginləşdirilməsi fəaliyyətlərinin aparılmasını və bu fəaliyyətlər üçün iki ölkə arasında 50/50 ortaq müəssisə yaradılmasını təklif edib.