Menyu

Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Operativ Media
Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Masallı rayonu, Babaser kəndində fəaliyyət göstərən, fiziki şəxs Qardaşov Mais Ələkbər oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. 

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, qazlı su və mənşəyi məlum olmayan “Organic Lyuks”, “Lyuks Line”, “Gold Organik”, “Banqero Organic”, “Органик Березка”, “Vip Line” əmtəə nişanlı saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər