Litva miqrant kvotasını dörd dəfə azaltmağa çalışacaq
Şəfa Hüseynli
Litva Aİ-nin miqrasiya paktı çərçivəsində qeyri-qanuni miqrantların yalnız bir hissəsini qəbul edəcək və kvotanın 40 nəfərə endirilməsi ilə bağlı danışıqlar aparmağa çalışacaq.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir İnqa Ruqiniene hökumətin iclasında bildirib.
Bildirilib ki, Vilnüs qalan qeyri-qanuni miqrantlardan imtinaya görə rüsum ödəməyə hazırdır.