84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1178 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.
Dövlət Xidmətindən Operativ Media -ya bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 faiz çoxdur.
Noyabr ayında 84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da ötən ilə nisbətən 8 faiz çoxdur.
Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.