BŞİH feminist fəalların qadın hüquqları ilə bağlı aksiya keçirməsini məqsədəuyğun saymayıb
Nərmin Qocamanlı
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib.
"Operativ Media" xəbər verir ki, BŞİH aksiyanı məqsədəuyğun saymayıb.
Qeyd edilib ki, toplantı məqsədəuyğun hesab edilməsin. Müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir, ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.
Bunları nəzərə alaraq, aksiya məqsədəuyğun hesab edilməyib.
Teqlər:
"BŞİH feminist fəalların qadın hüquqları ilə bağlı aksiya keçirməsini məqsədəuyğun saymayıb"