http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Dövlət Xidməti qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib

07 Mart 2023 , 10:38
Dövlət Xidməti qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib

Dövlət satınalmaları ilə bağlı yekun protokollar təhlil edilərkən sahibkarlıq subyektləri tərəfindən bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilərək saxtalaşdırılmasına dair ilkin dəlillər aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti dövlət satınalmalarında bəzi qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, “Maybo Calibration” MMC, “Ural As Servis” MMC, “Kremon” MMC, “Tean LM” MMC, “Fərid-FB” MMC və fiziki şəxs Təhməzov Vüqar Rafiq oğlu tərəfindən müxtəlif dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair aşkarlanmış ilkin dəlillər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib

OXŞAR XƏBƏRLƏR
Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu