Menyu

Nərimanovda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb - VİDEO

Nərmin Qocamanlı
Nərimanovda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb - VİDEO

Nərimanov rayonunda ödəmə terminalından
29 min manat oğurlayan şəxs saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. 

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

Teqlər:

"Nərimanovda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb - VİDEO"

Fotogalereya

Əlaqəli Xəbərlər