http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açılıb

08 Mart 2023 , 10:21
22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açılıb

2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanmışdır.

Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilmişdir.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olmuşdur.

Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf etmişdir.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu