Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 533,9 ton gübrə və azot birləşməsi istehsal edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% az olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 153 milyon 75,3 min m ABŞ dolları dəyərində 490 milyon 518,3 ton mineral gübrə ixrac edilib. 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən bu istiqamətdə miqdar ifadəsində 8%, dəyər ifadəsində isə 56,1% artım olub.