Menyu

Nazirlər Kabineti indeksləşdirmə qaydalarında dəyişiklik edib

Operativ Media
Nazirlər Kabineti indeksləşdirmə qaydalarında dəyişiklik edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun qüvvəyə minməsi qaydası barədə Milli Məclisin qərarının həyata keçirilməsi ilə bağlı 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarda dəyişiklik edib.

Operativ Media xəbər verir ki, qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq, Prezidentin 2025-ci il 24 iyul tarixli 452 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sözügedən Fərman ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılmasını və bu sahədə normativ-hüquqi aktlarda dəyişiklikləri nəzərdə tutur.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat”ın VII hissəsinin beşinci abzasında terminoloji dəqiqləşmə aparılıb. Belə ki, “ali məktəb tələbələrinə, orta ixtisas məktəblərinin və texniki peşə məktəblərinin şagirdlərinə” ifadəsi “ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə” sözləri ilə əvəz edilib.

Əlaqəli Xəbərlər