Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Operativ Media
Ukrayna səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Operativ Media xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Emin Əmrullayevlə məhsuldar görüş keçirildi. 2025-ci ildə təhsil sahəsində əməkdaşlıq və 2026-cı il üçün prioritetlər, o cümlədən diplomların tanınması, ikili diplom proqramları və Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsini müzakirə etdik", - diplomat yazıb.