Ərdoğan Trampla Ukrayna sülh planını müzakirə edəcəyini bildirib
Şəfa Hüseynli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
"Putinlə bu görüşdən sonra, Allahın izni ilə, sülh planını (Ukrayna üçün - red.) və mümkünsə, ABŞ prezidenti Trampla müzakirə edəcəyik. Sülh uzaqda deyil, biz bunu görürük", - Ərdoğan Aşqabaddan qayıtdıqdan sonra jurnalistlərə bildirib.