Çin iki peykdən ibarət "Kuaizhou-11" raket daşıyıcısını uğurla orbitə buraxıb.
Operativ Media xəbər verir ki, bu barədə "China Daily" nəşri məlumat yayıb.
Dördmərhələli bərk yanacaqlı raket "Kuaizhou-11" Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanıb. Raketin uzunluğu 25 metrdən çoxdur və aşağı Yer orbitinə 1.5 tona qədər faydalı yük daşıma qabiliyyətinə malikdir.