Menyu

İran Oman körfəzində qaçaqmalçılıq edən tankeri saxlayıb

Şəfa Hüseynli
İran Oman körfəzində qaçaqmalçılıq edən  tankeri saxlayıb

İran hakimiyyəti bu gün Oman körfəzində qaçaqmalçılıq olduğunu iddia etdikləri 6 min ton dizel yanacağı daşıyan xarici tankerin saxlanıldığını bəyan edib.

Operativ Media  xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Tanker İranın cənub liman şəhəri Cask yaxınlığındakı ərazi sularında saxlanılıb.

Gəmidə Hindistan, Şri-Lanka və Banqladeş vətəndaşlarından ibarət 18 nəfərlik heyətin olduğu bildirilir.

Tankerin lazımi sənədləri olmadığı və transponderləri söndürülmüş şəkildə hərəkət etdiyi də vurğulanır.


Əlaqəli Xəbərlər